Xəstəliklər - Dr. Ülvi Mirzoyev - Tibb üzrə fəlsəfə doktoru
<language>ru</language>
Mitral və aortal stenoz
Mitral stenoz – sol atrioventrikulyar dəliyin daralmasıdır. Bu zaman qanın sol qulaqcıqdan sol mədəciyə ötürülməsi çətinləşir. Mitral stenoz əksər hallarda revmatizm mənşəli olur. Mitral stenozda adətən atrioventrikulyar dəliyin sahəsi 2 sm²-dan az olduqda klinik əlamətlərlə özünü göstərir. Əsas əlamətlər Yorğunluq, fiziki gərginlik zamanı, sonralar isə hətta sakitlik halında təngnəfəslik, qanhayxırma ilə öskürək, ürək çırpınma və s dir. Mitral stenozda ilkin olaraq medikamentoz müalicə aparılır. Lakin ciddi hemodinamik pozulmalar olduqda dərman müalicəsi effektiv olmur. Stenozun ağır hallarda qapaq protezlənməsi, mitral valvuloplastika əməliyyatları aparılır.
Aortal stenoz və ya aorta dəliyinin daralması qazanılmış ürək qüsurlarının ən çox rast gəlinən formalarındandır. Aortada olan darlıq hesabına ürəyin hər dəfə qanı damarlara qovması zamanı əlavə olaraq işi yükü artır. Daha çox xəstələrdə tənginnəfəslik, tez yorulma, zəiflik meydana çıxır. Aortal stenoz inkişaf etdikcə, xüsusilədə daralma 50 % -i keçdikdə daha çiddi əlamətlər, hətta qəfləti ürək ölümləri rast gəlinə bilər. Aortal stenoz ağırlaşmış mərhələlərdə tez tez bayılmalar, boğulmalar, bədəndə şişmələr kimi əlamətlər meydana çıxır.
Xəstələrdə ilk növbədə Exokardioqrafiya incələməsi aparılır. Daha sonrasında angioqrafiya, aortaqrafiya müayinəsi aparıla bilər. Aortal stenozda meydana çıxan əlamətlərə uyğun dərman müalicəsi təyin olunur.
Aortal stenozda dərman müalicəsi aritmiyaların aradan qaldırılmasına, ÜİX-nin profilaktikasına,təzyiqin normada qalmasına, ürək çatışmazlığının ağırlaşmasının qarşısının alınmasına yönəldilir. Bundan başqa aortal stenozda müdaxiləvi və açıq cərrahi müalicə üsullarıda tətbiq olunur.]]></description>
Ürək qüsurları
Ürək qüsuru dedikdə yəni ki mədəcik və qulaqlıqarası çəpər defektləri, ürəyin qapaq aparatında və ya böyük damarlarda olan dəyişikliklər  nəzərdə tutulur.
Ürək qüsuru 2 cür: anadangəlmə və qazanılmış olur. Anadangəlmə qüsurlara qulaqcıqlararası və mədəciklərarası çəpər deffekti, aorta və ağ ciyər arteriyasının zədələnməsi,arterial axarın açıq qalması və s aiddir.
Qazanılmış qüsürlar-daha çox revmatizm mənşəli olur. Bu qüsurlar ən çox ürək qapaqlarında meydana çıxır. Ürək qapaqlarında qüsurlar qapaq çatışmazlığı və stenoz (daralması) kimi rast gəlinir. 
İstənilən halda ürək qüsurları ürəyin işinə mənfi təsir göstərə bilir, ürəyin qan qovma funksiyasını pozur ki, nəticədə bir sıra əlamətlər ortaya çıxır.
Daha çox tənginəfəslik, tez yorulma, bədəndə şişlər,uşaqlarda göyərmə və s. rast gəlinir. Ürək qüsurları aşkar olunduqda kontrol altına alınmalıdır. Bəzi qüsurlar təqib olunur və yaş artıqca aradan qalxır. Lakin bəzi ürək qüsurlarında müdaxiləvi (invaziv) və cərrahi əməliyyat göstəriş sayıla bilər.]]></description>
Aritmiyalar
Normada ürək bəlli bir ritmlə döyünür. Bildiyimiz kimi ürək 4 kameradan yəni boşluqdan ibarətdir. 2 qulaqcıq, 2 mədəcik. Bu kameralar bəlli bir düzənlə yığılır. Nəticədə ürək döyüntüsü dediyimiz ürək vurğusu meydana çıxır. Ürəyin kameralarının ardıcıl olaraq bəlli bir ritmdə çalışması ürəyin özündə olan sinir düyünlərinin fəaliyyəti ilə əlaqədardır. Buna ürəyin elektrik sistemi deyə bilərik. Bu sistem sayəsində ürəyimiz yorulmadan, bütün ömrü boyunca çalışır. Lakin bəzi hallarda ürəyin ritmlərində anormallıqlar meydana çıxır. Buna aritmiyalar deyirik.
Aritmiya əsas iki səbəbdən ürək və ürəkdən kənar səbəblərdən yarana bilər. Koronar damar xəstəlikləri, ürək çatışmazlığı, hipertoniya və s. aritmiyalar yarada bilər. Ürəkdən kənar səbəblərə məsələn tiroid xəstəlikləri, sinir sistemi xəstəliklərini misal çəkə bilərik. Aritmiyalarda ən çox rastlaşdığımız əlamətlər ürək çırpınma hissi, gözlərdə qaralma, halsızlıq,baş gicəllənmə, tez yorulma, bəzən sinə nahiyyəsində ağrılardır. Bəzi aritmiya növləri daha təhlükəli hesab olunur ki, bu zaman xəstəliyə vaxtına müdaxilə etmək çox önəmlidir. Aritmiyaların müalicəsində ilk olaraq dərman müalicəsi aparılır, effektiv olmadığı halda  müdaxiləvi müalicələr həmçinin ürək daxili cihaz imlantasiyaları aparılır.]]></description>
Hipertrofik kardiomiopatiya
Hipertorfik kardiomiopatiya (HKMP)  ürəyin əzələ xəstəliyi olub, daha çox ürəyin işi yükü artan zaman meydana çıxır. Bu xəstəliyə “idmançı xəstəliyi” də deyirlər. HKMP- ürəyin divarının ciddi şəkildə qalınlaşması ilə yəni hipertrofiya olunması ilə xarakterizə olunur. Əksər hallarda qalınlaşmaya ürəyin sağ və sol yarıya ayıran arakəsmədə (septum) rast gəlinir. Normada septumun qalınlığı   11 mm-i keçmir. Lakin HKMP-da 13-60 mm -ə qədər qalınlaşma rast gəlinir. Bu qalınlaşma hesabına ürəyin qan ötürmə işi azalır. Çünki, ürək boşluğunun həcmi azalmış olur. HKMP-bəzi hallarda anadangəlmə, bəzən isə sonradan qazanılmış olur. Qazanılmış HKMP-ya ürəyin işini artıran faktorlar məsələn aorta damarında darlıqlar, hipertoniya xəstəliyi ən çox rast gəldiyimiz səbəblərdəndir.
HKMP-əlamətləri nələrdir?
 Bayılmalar
 Nəfəs darlığı
 Baş gicəllənmə
 Halsızlıq
 Ağır iş görərkən tənginəfəslik
 Bəzən hərəkət edəndə, nərdivan çıxanda sinədə ağrılar və s rast gəlinir.
Xəstəliyin diaqnostikasında ilk olaraq exokardioqrafiya tətbiq olunur. Həmçinin xəstəliyi yaradan faktorların araşdırılmasında angioqrafiya müayinəsidə aparıla bilir.
Xəstəliyin müalicəsində ilk olaraq şikayətləri azaltmaq məqsədilə bəlli dərmanlar təyin olunur. Lakin ağırlaşmış xəstələrdə cərrahi əməliyyat və Alkoqol Septal Ablasiya dediyimiz müalicələr tətbiq olunur. Bu müalicə üsulu ölkəmizdə ancaq bizim mərkəzdə aparılır. Müalicədə əsas taktika müdaxiləvi yolla qalınlaşmış ürək arakəsməsində alkoqol yeridilərək süni infark sahəsi yaradılır ki, bu zaman septumun nazikləşməsi baş verir , yəni qalınlaşmanı fiziki olaraq azaltmış oluruq. Nəticədə ürəyin qan tutma həcmi artmış olur ki, bu zaman xəstələrin həyat keyfiyyəti xeyli yüksəlir.]]></description>
Dilatasyon kardiomiopatiya
Dilatasyon kardiomipatiya ürəyin sol mədəciyinin genişlənməsi nəticəsində qan ötürmə gücünün azalmsıdır. Dilatasyon kardiomiopatiya hər yaşda ortaya çıxa bilər. İlk olaraq bu xəstəlik ciddi bir əlamət verməsədə  sonradan bəlli əlamətlər ortaya yaranır. Bu xəstəliyin yaranmasında koronar damarların xəstəliyi, yüksək təzyiq, tiroid xəstəlikləri,ürək qapağı xəstəlikləri,diabet, bəzi virus xəstəlikləri və s rolu vardır. Həmçinin xəstəlik genetik olaraq, anadangəlmə də inkişaf edə bilər. Əsas əlamətləri:
 Ürək çatışmazlığı əlamətləri (nəfəs darlığı, yorğunluq)
 Ayaqlarda şişmələr
 Çəki artımı
 Baş gicəllənmə, bayılma
 Sinə nahiyyəsində ağrı və təzyiq hissi
Dilatasyon kardiomiopatiyanın diaqnostikasında ilk olaraq exokardioqrafiya, həmçinin stress test aparılır.
Müalicəsində dərman preparatlarının təyini, cərrahi müalicə həyat tərzi dəyişiklikləri tətbiq olunur.]]></description>
Ürək çatışmazlığı
Ürək çatışmazlığı ürəyin bədənə qanı ötürmə gücünün azalması deməkdir. Bu zaman orqan və toxumalarda effektiv qan getmədiyindən bir çox problemlər yaranır. Ürək çatışmazlığının yaranma səbəblər əsasən bunlardır.
 Keçirilmiş infarkt
 Ürəyin qapaq xəstəlikləri
 Ürəyin bəzi əzələ xəstəlikləri
 Hipertoniya və s.
Ürək çatışmazlığının əsas əlamətləri tez yorulma, halsızlıq, nəfəs darlığı, baş gicəllənmə, ayaqlarda şişmələr və s dir. Ürək çatışmazığı xəstələrin həyat keyfiyyətini ciddi şəkildə pozur. Xəstəliyin müalicəsində əsas hədəf xəstənin yaşam keyfiyyətini artırmağa doğru yönəlir. Əsasən dərman müalicəsilə ürəyin fəaliyyətinin yaxşılaşmasına çalışılır. Bundan başqa ürək çatışmazlığının müalicəsində ürək daxili cihaz implantasiyası aparılır ki, buda xəstələrin həyat keyfiyyətini xeyli yaxşılaşdırır.]]></description>
Ürəyin işemik xəstəliyi (ÜİX)
Ürəyin işemik xəstəli (ÜİX) bütün dünyada insan ölümlərinin əsas səbəbi sayılır. Əzələli orqan olan ürək bütün həyatı boyunca döyünür. Bu zaman ürəyə daimi olaraq qan lazım olur. Ürəkdən çıxan ən böyük damar aortadan ürəyin özünü qidalandıran damarlar ayrılır ki, bunlara ürəyin tac damarları və ya koronar damarlar deyirik. Bəzi hallarda bu damarlarda daralmalar və tıxanmalar meydana çıxır. Nəticədə daralan hissədən yaxşı qan keçə bilmədiyi üçün ürək yaxşı qidalana bilmir və ürəkdə qan çatışmazlığı  yaranır.Ürək buna müxtəlif reaksiya verir. Bəzi insanlarda sinə ağrısı,bəzilərində sinədə və kürəkdə göynəmə,bəzilərində sıxıntı hissi və s ola bilər. Bəzi insanlarda daralan damarlar birdən birə tutulur ki, bu vaxt ürəyin həmin hissəsinə ümumiyyətlə qan getmir. Buna infarkt deyirik. Bütün bunlar Ürəyin işemik xəstəliyi adlanır.
ÜİX-nin yaranma səbəbləri nədir?
 Yaş (kişilərdə ≥ 45, qadınlarda ≥ 55 və ya erkən menopauza)
 Ailə tarixi (birinci dərəcəli qohumlarda kişilərdə 55 yaşdan öncə, qadınlarda 65 yaşdan öncə koronar xəstəliyin olması)
 Siqaret çəkmək
 Hipertoniya (qan təzyiqi ≥ 140 / 90 mmHg və ya təzyiq dərmanlarının qəbulu)
 Qanda xolesterin yüksəkliyi (ümumi xolesterol ≥ 200 mq / dl, LDL-xolesterol ≥ 130 mq / dl)
 Şəkərli diabet (diabet damar problemləri baxımından ciddi bir risk faktorudur)
 Hərəkətsiz və ya az hərəkətli həyat tərzi
 Stress və depressiya 
ÜİX-nin əsas əlamətləri sinədə, kürəkdə, sol qol və çənəaltə nahiyyədə ağrı daha çox rast gəlinir. Bəzən bu əlamətlər mədə nahiyyəsində özünü büruzə verə bilər.
Bəzi xəstələrdə bu kimi əlamətlərin xəstəliyin gedişindən aslı olaraq gərginlik zamanı, bəzilərində sakit halda yarana bilər.
Müalicə nədən ibarətdir?
ÜİX-nin müalicəsi ilk öncə xəstəliyin dərəcəsindən, yəni damarların hansı dərəcədə daralması və ya tıxanmasından aslı olaraq seçilir. İlk növbədə ÜİX-nin net diaqnozunu qoymaq üçün koronar angioqrafiya müayinəsi aparılır. Müayinənin nəticəsinə uyğun olaraq dərman müalicəsi, balon və ya stent tətbiqi və koronar şuntlama əməliiyatı aparıla bilər. İstənilən halda məqsəd ürəkdə qan dövranını bərpa etməkdir.]]></description>
Hipertoniya
Ürək hər dəfə döyünəndə qanı damarlara ötürür. Bu zaman qanın ötürülmə gücü hesabına qan damarlara bəlli təzyiq göstərir. Buna qan təzyiq deyirik. İki cür qan təzyiqi vardır. Sistolik yəni ürək yığılan anda olan təzyiq və Diastolik –yəni ürəyin boşalma fazasında olan təzyiq. Qan təzyiqinin normal hədləri Amerika Ürək Assosasiyası tərəfindən son illər 130/80 mm.hg.süt qəbul edilmişdir. 130/80-dən yuxarı Hipertoniya başlanğıc faza hesab olunur.
Hipertoniya nədir?
Hipertoniya müntəzəm olaraq qan təzyiqinin normal hüdudlardan yuxarı olması ilə gedən xəstəlikdir. Bütün dünyada ortalama 1,5 milyard insanda bu xəstəlik vardır. Bu xəstələrin 1/3-i müalicə alır,1/3-i müalicəsizdir,1/3-i müalicə alsada təzyiqi kontrol edə bilmirlər.Hipertoniyanın yaranmasında bir sıra risk faktorları vardır.
*Ailəsində hipertoniya olanlar, qadınlarda menapauza sonrası, siqaret, alkoqol, artıq çəki, az hərəkətlilik, şəkərli diabet, böyrək xəstəlikləri, duzlu qidaların çox qəbul edilməsi, stress və s hipertoniyanın əsas risk faktorlarıdır. Bəzi hipertoniyaların konkret səbəbi olmur,buna essensial hipertoniya deyillər.
Əsas əlamətlər nələrdir?
 Baş ağrıları,xüsusilə gicgah və ənsə ağrıları
 Baş gicəllənmə, gözlərdə qaralma, ürək çırpınma
 Bəzən burun qanaması, qulaqlarda küy, ürək bulanma, qusma və s.
Hipertoniya müəyyən olunduqdan sonra ilk olaraq həyat tərzi, pəhriz və dərman müalicəsi ilə kontrola götürülür. Ümumiyyətlə müalicə olunmayan hipertoniya gələcəkdə bir sıra ağırlaşmalar infark, beyin qanaması (insult), böyrək və göz zədələnmələri yarada bilər. Bundan başqa hipertoniyanın digər müalicə üsulları vardır. Beləki böyrək arteriyası darlığı səbəbindən meydana çıxan hipertoniyalarda birdən birə təzyiqin yüksəlməsi baş verir. Bu vəziyyətlərdə dərmanlar çoxda kömək etmir. Burda əsas çıxış yolu böyrək arteriyasında darlığı aradan qaldırmaqdır. Bunun üçün renal angioqrafiya və renal angioplastika (balon və stent)proseduru aparılır. Bundan başqa kontrolsuz hipertoniya dediyimiz xəstələr olur ki, onlar ən azı 3-qrup təzyiq dərmanları qəbul edirlər. Lakin təzyiq enməsi qısa zaman əldə olunur. Yenidən təzyiq yüksəlir. Kontrolsuz və ya inadkar hipertoniya xəstələrində mərkəzimizdə Renal Denervasiya əməliyyatı icra olunmaqdadır. Bu əməliyyatı ilk dəfə ölkəmizdə 2012-ci ildə bizim komandamız icra etmişdir. Əməliyyat etdiyimiz xəstələrin nəticələrini dünya Hipertoniya konqresində məruzə etmişik. Renal Denervasiya əməliyyatı taktika olaraq bud arteriyasından keçərək böyrək arteriya divarında sinir liflərinin radiofrekans ablasiya olunmasına əsaslanır. Bu zaman əksər xəstələrdə inadkar yüksək təzəyiqlə bağlı yaxşı nəticələr əldə olunur.]]></description>