Kardio blog - Dr. Ülvi Mirzoyev - Tibb üzrə fəlsəfə doktoru
<language>ru</language>
Limon təzyiqi düşürürmü?
Xalq arasında limonun yüksəlmiş qan təzyiqini endirməsi fikri hamıya məlumdur. Gündəlik həyatımızda “təzyiqim yüksəldi”, “təzyiqim var, mənə limon sıxın verin” - deyə eşidirik.
Bəs həqiqətən limon təzyiqi düşürürmü? 
Əgər inanırıqsa bəli müəyyən qədər düşürə bilər. Yəni limonun qan təzyiqini düşürməsi məhz xəstənin inamı hesabına olur. Ümumiyyətlə xəstəliklərlə mübarizədə inam çox vacibdir. Limonu qəbul edib bəlli vaxtdan sonra təzyiqinin düşməsini inamla gözləyəndə orqanizmin kompensator funksiyaları hesabına təzyiq müəyyən qədər düşə bilər. Çünki limonun tərkibində olan maddələr qan təzyiqinin yüksəlməsi mexanizminə hər hansı təsir etmir. Limonun tərkibində C vitamini, sitrat turşusu ilə zəngindir ki, bunun da effekti hardasa qan durulaşdırıcı effekt ola bilər.
Qanı durulaşdırmaqla yüksəlmiş təzyiq enməz. Bu baxımdan onu tövsiyyə edirik ki, təzyiq xəstəliyiniz varsa, mütləq dərman müalicəsi almalısınız. Limon istifadə edə bilərsiniz, bu immunitetiniz üçün faydalıdır. 
Lakin birdən birə yüksəlmiş təzyiqlərdə, xususilə də 160-dan yuxarı təzyiqlərdə, 3-5 limon sıxıb içmək və təzyiqin düşməyini gözləmək olmaz. Bu ciddi fəsadlara beyinə qan sızmaya, infarkta səbəb ola bilər. 
Yuxuda infarkt ola bilərmi?
Ürəkdə infarkt ən çox rast gəlinən ürək-damar sistemi xəstəliyi sayılır. İnfarkt ürəyi qidalandıran damarın anidən tutulması nəticəsində ürəkdə yaranan kəskin qan dövranı pozğunluğudur. İnfarkt iş zamanı, hərəkət etdikdə, avtomobil idarə etdikdə, o cümlədən yuxuda da yarana bilər. Xüsusilədə yuxu apnoesi (yuxuda tənəffüs dayanması), şəkərli diabeti olan, yüksək təzyiqi olan və yuxu pozğunluğu olan insanlar yuxuda infarkt olması baxımından  risk altındadırlar. 
Yuxuda infarkt riskini, ümumiyyətlə infarkt riskini azaltmaq üçün bir neçə tövsiyyə verə bilərik:
 Şəkər xəstələri qanda şəkərlərini normada saxlamağa çalışsınlar
 Siqaret çəkənlər siqaretdən uzaq olsunlar
 Ümumiyyətlə yatmazdan öncə sinədə ağrı, sol tərəfli ağrı, göynəmə kimi hallar, kürəkdə ağrı kimi klassik əlamətlər varsa yatmağa çalışmayın, əksinə təcili yardım çağırın.
 Yüksək təzyiqlə yatmağa çalışmayın
 Yuxu probleminiz varsa həkimə müraciət edin.
 Yuxuda tənəffüs dayanması, ciddi xorultu varsa həkimə müraciət etməyiniz məsləhətdir.
 Yatmazdan öncə çox ağır yeməklər yeməyin.
Onlar dünyada ən sağlam ürəyə sahibdirlər
Aparılan bir araşdırmada (Lanset jurnalı) Amazon meşələrində yaşayan Tsimane kənd sakinlərində dünyada ən az ürək damar xəstəlikləri olması müəyyən edilmişdir. 40-94 yaş arası 705 xəstədə ürək vurğusu, qan təzyiqi, qanda şəkər və digər müayinələr aparılmışdır. 705 nəfərin 89-da ürək xəstəlikləri aşağı risk, 20 nəfərdə orta risk, 596 nəfərdə ürək damar xəstəliyi riski tapılmamışdır.
Tsimane sakinlərində ürək xəstəlikləri riskinin belə aşağı olmasının müxtəlif səbəbləri var. İlk olaraq onlar təmiz təbiətdə yaşayırlar, genetik sağlamdırlar, demək olar ki, xroniki xəstəlikləri yoxdur, un, şəkər, duz istifadə etmirlər. Bitkilər və bir sıra ov heyvanları xüsusilə də balıqla qidalanırlar. Həmçinin çox hərəkətlidirlər. Demək olar ki, yağda heçnə bişirmirlər. Daha çox lifli bitkilər, meyvələr istifadə edirlər.]]></description>
Birdən birə yaranan ürək çırpınması
Bəzi insanlarda anidən ürək çırpınması meydana çıxır və bəlli vaxtdan sonra keçir. Birdən birə yaranan ürək çırpınması çox vaxt əlavə faktorların təsirindən meydana çıxır, lakin bəzi hallarda ürəkdə ritm pozulmalarından da xəbər verə bilər. 
Ürək çırpınmasının yaranmasında əlavə faktorlardan ən çox rastlaşdığımız qan azlığı, psixonevroloji faktorlar, zəhərlənmələr,çoxlu çay, kofe, çokolad qəbulu (yüksək miqdar kofein) və s ola bilər. Pasiyentlərin əsas şikayəti ürək çırpınması hissi, ürək döyüntüsünü hiss etmək, nəbzin sürətlənməsi və s olur.
Eləcədə ürək çırpınması bəzi dərmanların təsirindən, ürək çatışmazlığı səbəbindən, ürəkdə ritm problemlərindən (aritmiya) və s yarana bilər. Əgər ürək çırpınması tez tez yaranırsa, tutma şəkilli olursa, yanaşı olaraq sinə ağrısı, tənginəfəslik kimi hallarda olursa mütləq kardioloq müraciət edin. Xüsusilədə ürək çırpınması, ürək ağrısı kimi şikayətləri nevrolojidir, psixolojidir deyib üzərindən keçməyin. Təbii ki bu faktorlar əsasdır, lakin istənilən halda ürək çırpınması, sinədə ağrı, tənginəfəslik kimi hallar varsa ilk olaraq kardioloji dəyərləndirilməli daha sonra digər səbəblərə baxılmalıdır.]]></description>
Hansı ürək əməliyyatı?, Stent yoxsa arterial koronar şuntlama?
Stent-biləkdən və ya bud nahiyəsindən damar içindən yeridilərək ürəkdə tac damarlarda olan darlıq və ya tıxanmanı aradan qaldırmaq üçün tətbiq olunur. Prosedur qısa zamanda icra olunur və narkozsuz qapalı ürək əməliyyatı hesab olunur. Həmçinin bu əməliyyata stent angioplastika və ya invaziv (müdaxiləvi ) ürək əməliyyatı da deyirlər. Stent angioplastika 30-60 dəqiqə çəkir, xəstə bir neçə gündən sonra tam normal iş həyatına qayıdır. Xəstə üçün bu əməliyyat daha az travmatik, bərpa prosesi isə daha tez olur, xəstə daha tez toparlanır. Bu baxımdan ürəkdə damar problemlərinin həllində ilkin olaraq invaziv müdaxilə yəni stent əməliyyatına görə dəyərləndirmə aparılır. Açıq ürək əməliyyatına görə riskləri daha azdır.
Arterial Koronar Şuntlama (BY-PASS) - narkozla aparılan geniş həcmli cərrahi ürək  əməliyyatdır. Bu əməliyyat təcili və ya planlı şəkildə aparılan açıq ürək əməliyyatıdır. Əməliyyatdan sonra reanimasiyon müalicə aparılır. By-pass ürək əməliyyatı  invaziv texnikanı icra etmək mümkün olmadığı hallarda, daha çox damar xəstəliklərində, uzun illərin tıxanıqlı damarları olan hallarda icra olunur. Bu əməliyyatda məqsəd bədənin digər nahiyəsindən damar götürməklə ürəkdə tıxanıqlı damara körpü atılır, və qidalanma bərpa olunur. İstənilən halda hər iki forma ürək əməliyyatında məqsəd ürəkdə qidalanmanı bərpa etməkdir. Xəstədə stent yoxsa by-pass ürək əməliyyatı olsun qərarını invaziv kardioloq və ürək damar cərrahı dəyərləndirmə və müzakirə  apardıqdan sonra tibbi göstərişə əsasən qərar verirlər.]]></description>
Bəzi xəstələr ağrı olmadanda infarkt keçirə bilər
Bildiyimiz kimi infarkt zamanı əsas əlamət ağrıdır. Əslində infarkt keçirən xəstələrdə ağrı olursa biz bu xəstələri şanslı xəstə hesab edirik. Çünki ağrı xəstəni daha tez həkimə müraciət etməyə məcbur edir. Koronar arteriya xəstəliyi olanlarda infarkt 60-80 % hallarda klassik əlamətlərlə gedirsə, 20-40 % hallarda klinik əlamətlər olmur. İnfarkt əlamətlərinin gizlənməsində bir sıra səbəblər vardır. Məsələn 60 yaşdan sonra hipertoniya xəstələrinin  50 %-i hipertoniya olmasından xəbərsizdir. Hipertoniya özüdə infarktın yaranmasına şərait yaradır. Digər tərəfdən ürək damar xəstəlikləri ilə yanaşı şəkər xəstəliyi olanlarda da infarktı əlamətsiz və ya zəif əlamətlərlə keçirə bilirlər. Çünki, şəkər xəstələrində sinir uclarının zədədlənməsi ağrı hissinin azalmasına səbəb olur. İnfarkt zamanı ürəyə nə qədər tez müdaxilə olunarsa ürək əzələsi bir o qədər daha az zədələnir. Ona görədə əsas tövsiyyəmiz odur ki, özündə ürək damar xəstəliyi olduğunu bilən insanlar vaxtaşırı kontrollardan keçsinlər. Eləcədə ailəsində, yaxınlarında ürək xəstəliyi olanlarlar  genetik risk faktorunu nəzərə alaraqdan 30 - 35 yaşlardan sonra ən azı ildə 1 dəfə kardioloji kontrollardan keçsinlər.]]></description>
Miokard infarktı
Miokard infarkt. Ürək normal halda 60-80 dəfə döyünərək bütün bədənə qanı ötürür. Bununlada bütün bədən üzvləri qanla qidalanır. Eləcədə ürək özüdə qidalanır. Beləki ürəkdən çıxan ana damar aortadan şaxələr ayrılır ki bu damarlar tac arteriyalar adlanır və ürəyi qidalandırır. Bunlara koronar damarlar da deyilir.Belə ki, bu damarlarda hər hansı daralma və ya tıxanma olarsa ürəyin qidalanması pozulur. Bu hal daralmanın dərəcəsinə görə müxtəlif əlamətlər verir. Bəzi hallarda isə koronar damarlarda  daralmalarda yağ və ya xolesterol kütləsi dediyimiz plak ilişir və tıxanma yaradır. Bu zaman həmin damarın ürəyi qidalandıran hissəsində kəskin qidalanma pozuğunluğu yaranır. Bu miokard infarktı adlanır. İnfarkt çox ciddi haldır və ağır nəticələrə hətta ölümə belə səbəb ola bilər.
Ürək infarktının əsas əlamətləri nədir ?  
Ürək infarktı anidən yaranan  amma buna yol açan səbəblərin uzun illər olduğu bir prosesdir. Bütün dünyada ölümlərin birinci səbəbi sayılır. İlkin olaraq rast gəlinən əlamətlər bunlardır.
 Sinə nahiyyəsində bir neçə dəqiqədən çox davam edən ağrı, basqı hissi, bəzən kürəkdə ağrı
 Çiyinlərdə, qollarda əsasəndə sol qola yayılan ağrılar, eləcədə çənə nahiyyəsinə yayılan ağrılar
 Baş gicəllənmə,mədə bulanması,soyuq tər kimi əlamətlərin sinə nahiyyəsi əlamətlərilə birgə olması
İnfarkt keçirmənizdən şübhələnirsizsə...
Hər şeydən əvvəl ən yaxında olan tanıdığınızı çağırın. Təcili yardıma xəbər verin. Təksinizsə və yardım çağırmısızsa qapını açıq qoyun. Rahat bir yerdə arxası ustə, amma bədənin yuxarı hissəsi hündürdə olmaqla uzanın ,və mümkünsə ayaqları qaldırmaq lazımdır. Eləcədə tez tez öskürmək faydalıdır. Ayaqüstə durmaq olmaz. Bu zaman ağrı keçsin deyə duşa girmək, hər hansı idman hərəkəti etmək olmaz, bu hətta ölümə səbəb ola bilər. Varsa 1 tablet aspirin qəbul edin, bu qanı durultmağa kömək edir. Mümkün qədər hərəkətsiz olmaq lazımdır ki digər orqanlara qan az getsin və ürək bu vəziyyətdə gücə düşməsin.
İNFARKT ZAMANI ƏN VACİB MƏSƏLƏ TIXANIQLIĞI YARADAN SƏBƏB TROMB KÜTLƏSİNİ ARADAN QALDIRILMAQDIR Kİ, ÜRƏYİN QİDALANMASI BƏRPA OLUNSUN. BU NƏ QƏDƏR TEZ APARILARSA O QƏDƏR YAXŞIDIR. ONA GÖRƏDƏ İNFARKT BAŞ VERDİKDƏ XƏSTƏ TEZ BİR MÜDDƏTDƏ ƏN YAXIN İNVAZİV KARDİOLOJİ MƏRKƏZƏ ÇATDIRILMALIDIR. TEZ MÜDAXİLƏLƏRDƏ İNFARKTIN ÜRƏK ƏZƏLƏSİNİ ZƏDƏLƏMƏSİ DAHA AZ OLUR.]]></description>
Qan təzyiqi xəstəliyi ilə bağlı edilən səhvlər
 Hipertoniyanı ciddiyə almamaq - bəzən xəstələr deyir ki, təzyiqim yüksələndə bunu hiss edirəm. Bu yanlışdır. Çünki qan təzyiqi yüksələndə bəzən əlamət vermir, amma ürəyi, beyni, damarları zədələyir. Ona görə də hipertoniya diaqnozu qoyulubsa, müntəzəm olaraq dərmanlar qəbul edilməli və həkim deyən vaxtlarda kontrollar edilməlidir. 
 Sadəcə yuxarı təzyiqin yüksəkliyi ilə mübarizə aparmaq - əslində həm yuxarı, həm də aşağı təzyiq müntəzəm olaraq yüksəldiyində zərərli sayılır. Hətta deyə bilərik ki, aşağı təzyiqin yüksəkliyi ürək damarlarını zədələyir. 
 Dərman qəbuluna ara vermək. Bəzən “Təzyiqim artıq normadadır” deyib dərmanı özbaşına kəsmək olmaz. Adətən təzyiq dərmanları ömür boyu qəbul edilir. Sadəcə dərman dozası həkim tərəfindən artırılıb azaldıla bilər. 
 Ancaq özünü pis hiss edən halda təzyiqinin olduğunu düşünüb dərman qəbul etmək. 
 Bəzən gənclərdə hipertoniya olmaz düşüncəsilə xəstəlikdən uzun müddət uzaq qalırlar. Amma bugün 30 yaş üstü olanlarda hipertoniya rast gəlinir. 
 Təzyiq yüksələn zaman onu tez bir zamanda endirməyə çalışmaq düzgün deyil. Verilən dərmanlar özü yavaş-yavaş təzyiqi endirir. Sürətli təzyiq enməsi bəzi fəsadlara səbəb ola bilər. Məsələn, beyin qan dövranı pozula bilər.  
Qan təzyiqini ölçərkən bunlara diqqət edin
Qan təzyiqi xəstələri hər gün təzyiqlərini ölçməli və nəzarətdə saxlamalıdırlar. Eləcə də bu xəstələrin aylıq cədvəlləri olmalıdır ki, burada təzyiq göstəricilərini qeyd etməli və müayinəyə gedərkən həkimə göstərməlidirlər. Evdə təzyiq ölçərkən bir çox qaydalara riayət edilməlidir.
 Qan təzyiqi hər gün eyni vaxtda, məsələn səhər və axşam ac qarnına təzyiq dərmanı qəbul etmədən ölçülməsi tövsiyyə olunur. Hər dəfə ən azı iki ölçmə edin. Birinci ölçmədən sonra 5 dəqiqə dincəlin və təkrar ölçün.
 Narahat, həyəcanlı, stresli, ağrılı olduğunuz halda təzyiqinizi ölçməyin.
 Yeməkdən ən azı 2 saat sonra, kofe, siqaret qəbulundan yarım saat sonra təzyiqinizi ölçün.
 Əgər cihazınız özü ölçən elektron cihaz deyilsə yaxşı olar təzyiqinizi ölçməni bacaran biri etsin.
 Təzyiq ölçən aparat qola uyumlu olmalıdır. Ölçmə zamanı qolda bütün geyim çıxarılır.
 Qolunuzu elə edin ki, ürəklə eyni səviyyədə olsun. Bunun üçün qolunuzu masa üzərinə qoyun. Qol tam rahat olmalıdır.
 Eləcə də ayaqları tam yerə basın. Ayaq ayaq üzərinə qoyulmamalıdır. 
  Təzyiq ölçərkən psixoloji rahat olmaq lazımdır.
Stentdən sonra-OLAR,OLMAZLAR
STENT ƏMƏLİYYATI NECƏ APARILIR?
Xəstə oyaq halda olmaqla bilək və ya bud arteriyasından xüsusi kateterlə girilərək ilk öncə angioqrafiya edilir. Bu zaman damarların tam görüntüsü meydana çıxır. Xüsusi kateterlə damarın daralmış və ya tıxanmış hissəsinə gedilərək həmin nahiyyədə stent yerləşdirilir. Kateter üzərində balon həmin hissədə şişirdilərək damar genişləndirilir. Bu prosedur angioqrafiyadan həmən sonra və daha sonra icra edilə bilər. Bir stentin yerləşdirilməsi adətən 20- 30 dəqiqə çəkir. Əməliyyatdan sonra ilk 6 saat yataq rejimi tələb olunur. Öskürmə və ya asqırma zamanı damar girişim yerindən ehtiyyatlı olmaq lazımdır ki, təkrar qanaxma ola bilər. Palatada ilk 2 saatdan sonra yavaş yavaş yemək yeyilə bilər.
NƏ QƏDƏR VAXT SONRA İŞ HƏYATINA QAYITMAQ OLAR?
Əgər stent əməliyyatından sonra hər hansı bir problem yoxdursa stabil xəstələr dincələrək 1-2 həftə sonrasında işə çıxa bilərlər. Əslində stent əməliyyatı keçirmiş xəstələr ürəyin və ümumi orqanizmin toparlanması üçün Reabilitasiya keçmələri çox faydalıdır. Bu zaman iş həyatına keçid daha rahat olur. Çünki əməliyyatdan sonra xəstə xüsusi məşq proqramları ilə yenidən iş həyatına hazırlanır. Xəstəxanadan çıxdıqdan sonra xəstə özündə heç bir narahatçılıq hiss etmirsə yavaş yavaş yüngül ev işləri görə bilər. Sadəcə ilk 6 ay ağır fiziki iş, ağır idman məsləhət görülmür.
STENT ƏMƏLiYYATINDAN NƏ QƏDƏR VAXT SONRA AVTOMOBİL İDARƏ ETMƏK OLAR?
Əgər əməliyyat biləkdən icra olunubsa xəstəxanadan gedərkən 2-3 gün dinləndikdən sonra minik avtomobili idarə edilə bilər. Yük avtomobili idarə etmək üçün yaxşı olar ki ən azı 1 həftə xəstə dinlənsin. Yox əgər stent əməliyyatı bud nahiyyədən icra olunubsa 2 həftə sonrasında avtomobil idarə etmək tövsiyyə olunur.
STENT ƏMƏLiYYATINDAN NƏ QƏDƏR VAXT SONRA TƏYYARƏ İLƏ UÇMAQ OLAR?
Stent əməliyyatı olunan xəstələr əgər yüksəklik qorxusu, həyəcan yoxdursa 1-2 həftə sonrasında təyyarə ilə uça bilərlər.
STENT ƏMƏLiYYATINDAN SONRA HAMAM
Stent xəstələri xəstəxanadan çıxdıqdan sonra rahat duş qəbul edə bilərlər. Xəstələrə birdən birə soyuq duş almaq tövsiyyə olunmur. Həmçinin stent xəstələri, ümumiyyətlə ürək xəstələri hovuza, dənizə birdən birə baş vuraraq suya girmələri məsləhət deyil. Yavaş yavaş suya daxil olmaları məqsədə uyğundur.
STENTDƏN SONRA NƏ VAXT CİNSİ HƏYATA İCAZƏ VERİLİR?
Stent əməliyyatı olmuş xəstələrdə cinsi həyata əməliyyatdan sonra bir sıra dəyərləndirilmələr aparıldıqdan sonra həkim tərəfindən qərar verilə bilər. Ümumiyyətlə cinsi yaşama infarktdan sonra 3-4 həftə, stent əməliyyatından sonra 1-2 həftə sonrasında, əgər ürəklə bağlı şikayətlər, tənginəfəslik, sinə ağrısı yoxdursa icazə verilir. 
Əgər ürək xəstəsisinizsə özünüzdə belə bir test də apara bilərsiz. 15-20 dəqiqə sürətli, tempolu yürüyüş və ya 2 mərtəbə pilləkən qalxıb enmək sizdə bir narahatçılıq ,yəni sinədə ağrı, sıxıntı, tənginəfəslik yaratmırsa deməli cinsi akta hazırsınız. Normal cinsi yaşam zamanı ürək fəaliyyətinin artması 2 mərtəbə nərdivan çıxmağa bərabər sayılır.]]></description>